"Azərbaycan SSR" pavilyonu (Moskva)

"Azərbaycan" pavilyonuMoskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq DadaşovMikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 14 nömrəli “Azərbaycan SSR” pavilyonu
rus. Павильон № 14 «Азербайджанская ССР» на ВДНХ
Pavilyon hazırkı görünüşü. 2018-ci il
Pavilyon hazırkı görünüşü. 2018-ci il
Xəritə
Ümumi məlumatlar
Növü mədəniyyət mərkəzi
Memarlıq üslubu Stalinist memarlıq
Ünvan Sülh prospekti 119
Ölkə SSRİ SSRİRusiya Rusiya
Şəhər Moskva
Koordinatlar 55°49′51″ şm. e. 37°37′37″ ş. u.HGYO
Şərəfinə adlandırılıb Azərbaycan SSR
Təntənəli açılış tarixi 1939
Texniki detallar
Material kərpic, beton, mərmər, keramika
Torpaq 1967,1 m²
Dizayn və konstruksiya
Memar Sadıq Dadaşov, Mikayıl Hüseynov
14 nömrəli “Azərbaycan SSR” pavilyonu (Moskva)
14 nömrəli “Azərbaycan SSR” pavilyonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavilyon 1939-cu ildə memarlar Sadıq DadaşovMikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində AzərbaycanRus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi. Pavilyonun ekspozisiyası Azərbaycan SSR-nin sənaye sahəsindəki (xüsusilə də neft hasilatı), heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və həyat sahələrindəki nailiyyətlərinə həsr edilmişdir.[1]

1959-cu ildə pavilyon rekonstruksiya olunub.[2]

1964-cü ildə pavilyonun ekspozisiyası dəyişildi və pavilyonda "Hesablama texnikası" sərgisi yerləşdirilmişdi. Bu ekspozisiyada Sovet dövründə yaranmış elektron texnikalar və hesablama maşınların nümayiş etdirilmişdi.

1967-ci ildə pavilyon memar L. İ. Marinovskinin layihəsinə əsasən yenidən qurulub, onun görünüşünü tamamilə dəyişdi. Binanın baş fasadı metal qutu ilə bağlanıb. Yeni fasadda "ВТ" (rus. «Вычислительная техника») hərfləri quraşdırılmışdı. Eyni zamanda, köhnə eksteryer yenidənqurma zamanı zədələnməmiş və içəridə qalmışdır.

1990-cı ildə ekspozisiya ləğv edildi və pavilyon ticarət məqsədləri üçün istifadə olunurdu. 2013-cü ilə qədər pavilyonda mum heykəllər muzeyi yerləşdirilmişdi. 2014-cü ildə pavilyon bərpa edildi və 1967-ci ilin görünüşü qaytarıldı.[3]

2016-cı ildə pavilyonun orijinal görünüşü qaytarıldı və rəsmi olaraq Azərbaycana icarəyə verildi. 2019-cu il noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılışı olub.[4]

  1. "Павильон №14 «Азербайджан»". 2018-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.
  2. "Павильон «Азербайджан» («Вычислительная техника», «Азербайджанская ССР»)". ВДНХ. 2018-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  3. İrina Trubetskaya. "ВСХВ против ВДНХ". 2014-04-22. 2018-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  4. ""Azərbaycan" pavilyonu yeni görkəmdə". www.realtv.az. www.realtv.az. İstifadə tarixi: 24 noyabr 2019.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]